Ərdoğan: İngiltərənin Avropa Birliyində ayrılma qərarı bütün narahatlıqları daha da dərinləşdirmişdir.
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərənin Avropa Birliyindən çıxış qərarına münasibət bildirib. Ərdoğan İngiltərə Baş naziri Devid Kameronu qəsd edərək, "3 min il Türkiyə Avropa Birliyinə girə bilməz dedi, baxın görün nə oldu? 3 gün belə dözə bilmədi", deyə açıqlama verib.
"Avropa Birliyinin Türkiyə ilə əlaqədar ikili standartı artıq gözlənilməyəcək hala gəlmişdir. 53 ildir bizi qapılarında gözlədirlər. Məqsədiniz nədir? Avropa Birliyinə bizi qəbul edərsinizsə buyurun, qəbul etmirsinizsə bizi də yormayın" deyə Ərdoğan sərt şəkildə açıqlama verib.
İngiltərənin birlikdən ayrılma qərarı bütün narahatlıqları daha da dərinləşdirmişdir.
Ərdoğan daha sonra açıqlamasında: "Lazım olsa Kopenhagen meyarlarının adını Ankara Meyarları olaraq dəyişdirər yolumuza davam edirik" deyə fikrini tamamlayıb
Xatırladaq ki, Britaniya baş naziri Devid Kameron Türkiyənin Avropa Birliyinə üvlük məsələsi ilə bağlı bu açıqlamaları vermişdi: "AB-yə üzv ola bilərlər, lakin bu, 3000-ci ildən öncə mümkün olmayacaq. Türkiyə ilə AB arasında vizasız rejim müzakirə olunacağı təqdirdə, buna qarşı çıxacaqlarını, “Rəsmi London heç vaxt türklərə vizasız rejimin tətbiqinə icazə verməyəcək”


Şərhlər