Menu

Zakir Qaralov vəzifədən gedir- Səhhəti işləməyə imkan vermir

05.04.2014, 11:08
Zakir Qaralov vəzifədən gedir- Səhhəti işləməyə imkan vermir

Baş prokuror təkcə bu il səhhətilə bağlı iki dəfə məzuniyyətə çıxıb

Baş prokuror Zakir Qaralovun karyerasına son qoyulur. “Azadlıq”a daxil olan məlumata görə, buna səbəb baş prokurorun səhhətində yaranmış problemlərdir. Zakir Qaralov təkcə bu il səhhətilə bağlı iki dəfə məzuniyyətə çıxıb. Məlumatda bildirilir ki, baş prokuroru yaxın günlərdə görəvdən almaq qərarı olub. Lakin sonradan qərar dəyişib. 2015-ci ildə Zakir Qaralov 3-cü müddətini başa vuracaq. Və bu onun üçün son müddət olacaq.

Zakir Qaralov artıq 14 ildir Azərbaycanın baş prokurorudur. O, bu vəzifəyə 2000-ci ildə təyin olunub. Azərbaycanda baş prokuror prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən 5 il müddətinə təyin olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol