Salyan rayonunda silahlı insident olub. Aprelin 3-də Salyan rayonunun Dağüstü kəndi ərazisində Lənkəran rayon sakini Fazil Məmmədov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Həsənli kənd sakini Səfa Cəfərova ayaq nahiyəsindən xəsarət yetirib.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Məmmədov tutulub, ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
Hadisənin səbəbləri araşdırılır. (lent.az)


Şərhlər