Qırğızıstan məhkəməsi ölkənin keçmiş prezidenti Kurmanbey Bakiyev və qohumlarını xarici iş adamı Şon Deylinin qətlinə cəhdə görə azadlıqdan məhrum edib. Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, eks-prezident barəsində hökm qiyabi şəkildə çıxarılıb.
Söhbət “Okus” şirkətinin nümayəndəsi Şok Deylinin qətlinin təşkilindən gedir. Bu şirkət Qırğızıstandakı Ceruy qızıl mədəninin işlədilməsi ilə məşğul olmaq istəyirdi.
Kurmanbek Bakiyevin qardaşı, Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Canıbek Bakiyev də qiyabi şəkildə əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrum edilib. Eks-prezidentin oğulları Marat Bakiyev 20 il müddətinə, Maksim Bakiyev isə ömürlük azadlıqdan məhrum olunub.
Şon Deyli sağ qalıb və Qırğızıstanı tərk etməli olub. Yatağın işlədilməsi hüququ isə mərhum biznesmen Boris Berezovskiyə bağlı şirkətlərə keçib.


Şərhlər