Menu

Türkiyədən katoliklərin Papasının cavabı gəldi - "Ciddiyə almırıq"

25.06.2016, 22:42
Türkiyədən katoliklərin Papasının cavabı gəldi - "Ciddiyə almırıq"

Roma Papası Fransisin 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməsi obyektiv deyil və həqiqətlə uzlaşmır.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Nurəddin Canikli deyib.

“Roma Papasının fəaliyyətində xaçlı zehniyyətinin təzahürlərini açıq-aşkar görmək mümkündür. Obeyktiv açıqlama deyil. Həqiqətlə uzlaşmayan bir ifadədir. Bunu bütün dünya, hətta ermənilər belə bilir. Fransisin bu açıqlamasını ciddiyə almırıq”, - Canikli bildirib.

Qeyd edək ki, Roma Papası Fransis Ermənistana səfəri zamanı "erməni soyqırımı" ifadəsindən istifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol