Menu

Şotlandiya Böyük Britaniyanın Aİ-dən çıxmasına veto qoya bilər

26.06.2016, 17:56
Şotlandiya Böyük Britaniyanın Aİ-dən çıxmasına veto qoya bilər

Şotlandiya hökumətinin rəhbəri, birinci nazir Nikola Stercen Şotlandiya hakimiyyətinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasında veto qoya biləcəyini bəyan edib.

BBC-nin verdiyi məlumata görə, N. Stercen deyib ki, əgər Böyük Britaniya hökuməti Şotlandiya hökuməti qarşısında Avropa İttifaqından çıxmaq məsələsini qoyarsa, o halda bu məsələni Şotlandiya parlamentində müzakirəyə çıxaracaq və deputatlardan bu məsələnin əleyhinə səs verməyi xahiş edəcək.

N. Stercenin rəhbərlik etdiyi partiya Şotlandiya parlamentində 129 yerdən 63-nün sahibidir. Bununla belə, N. Stercen hələ Şotlandiya və Böyük Britaniya, Böyük Britaniya və Avropa İttifaqı, Şotlandiya və Avropa ittifaqı arasında situasiyanın inkişafını izləməyi zəruri sayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol