Menu

Əl-Fəlluca İŞİD-dən azad edildi

26.06.2016, 22:00

İŞİD-1Əməliyyatlar zamanı 1800 hərbçi həyatını itirib.

İraq ordusu tamamilə Əl-Fəlluca şəhərini terrorçulardan azad edib. ANS PRESS-in məlumatına görə, paytaxt Bağdaddan 50 km qərbdə yerləşən şəhərin azad olunması barədə BBC-yə İraq ordusunun general-leytenantı Abdul Vahad Saadi bildirib. O bildirib ki, ordu İŞİD-in əlində olan son rayonu - Qolanı da azad etməyə müfəvvəq olub.

Saadinin sözlərinə görə, Əl-Fəlluca tamamilə azad edilib.

İŞİD-in 7 lideri öldürüldü

Şəhərin azad edilməsini üçün böyük itkilərin verildiyini, 10 minlərlə sakinin şəhəri tərk etmək məcburiyyətində qaldığını bildirən Saadi əməliyyatlar zamanı 1800 hərbçinin həyatını itirdiyini əlavə edib.

İŞİD döyüşçüləri 2014-cü ildən şəhəri nəzarətdə saxlayırlar. Əl-Fəlluca müharibəyə qədər İraqın ən böyük şəhərlərindən biri idi. Şəhərdə təxminən 350 min insan yaşayırdı.

Ötən ayın 23-də İraq hərbi qüvvələri şəhərə iri miqyaslı hücumlara başlayıb. İraq hakimiyyəti yerli sakinlərə şəhəri tərk etməyi, yaxud da atəşə məruz qalmamaq üçün evlərin üzərindən ağ bayraq asmağı tövsiyyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol