Menu

Ştaynmayer Cənubi Qafqaza gəlir

27.06.2016, 11:59
Ştaynmayer Cənubi Qafqaza gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 29-30-da Ermənistana iki günlük səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyulun əvvəlində Gürcüstana səfər edəcək. Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə vizasız səyahət etməsi səfərin başlıca müzakirə mövzusu olacaq.

Xatırladaq ki, bir neçə ay əvvəl F.V.Ştaynmayerin cari ilin ortasında Cənub Qafqazın 3 ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi barədə xəbər yayılmışdı. Onun Azərbaycan və Emənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol