Menu

ABŞ-Ukrayna təlimləri başlayıb

27.06.2016, 13:43
ABŞ-Ukrayna təlimləri başlayıb

Bu gün Ukraynanın Lvov vilayətində "Rapid Trident-2016" adlı ABŞ-Ukrayna hərbi təlimlərinə start verilir.

APA-nın ABŞ-ın Avropadakı komandanlığına istinadən verdiyi xəbərə görə, təlimlərin birinci hissəsi iyulun 8-dək davam edəcək.

Təlimlərdə 14 ölkənin 1800 nəfər hərbçisi iştirak edəcək.

Qeyd edək ki, əvvəllər təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edib. Lakin ötən il olduğu kimi, bu ildə azərbaycanlı hərbçilərin təlimlərdə iştirakı nəzərdə tutulmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol