Xarici KİV-in yaydığı məlumata görə, Roma Papası xristianları homoseksualistlərdən üzr istəməyə çağırıb! Onun fikrincə, homoseksualistlər heç bir diskriminasiyaya məruz qoyulmamalı və pastor ismarışına görə, onlara hörmətlə yanaşılmamlıdır («Exo Moskvı»).
Fransisk qeyd edib ki, homoseksualist tendensiya günah deyil. Onun sözlərinə görə, günah olan homoseksualist aktlardır. Odur ki, seksual azlığın nümayəndələri mənəviyyat məsələlərində ciddi olmağa çalışmalıdırlar.
Roma katolik kilsəsiin başçısı eyni zamanda, təqiblərə məruz qoyulmuş və məcburi olaraq əməyə cəlb edilmiş qadınlardan, uşaqlardan və kasıblardan da üzr istəməyə çağırıb.
AzPolitika.info

Şərhlər