Menu

"Artıq bunlar hər cür hərəkəti edərlər" - Kılıçdaroğlu

27.06.2016, 20:06

kilicdaroglu

"AzPolitika" xəbər verir ki, Kılıçdaroğlu, AKP hökumətinin İsrail ilə razılaşması və Ərdoğanın Putinə məktub yazması haqqında açıqlama verib. CHP lideri, Türkiyə və İsrail arasında əldə olunan razılaşma və prezident Ərdoğanın Rusiya Dövlət Başçısı Vladimir Putinə məktub göndərərək, "kədərlərini" bildirməsini, "Hər cür hərəkət edə biləcək mövqeyə gəldilər" deyə sərt açıqlama verib.

Kılıçdaroğlu İsrail ilə olan problemlərin 20 milyon dollar üçün olduğunu ifadə edərək, belə danışıb: "Rusiya üçün də davamlı böyük ifadələr işlətdilər. Baş nazir və prezident, "təyyarə mənim talimatımla vuruldu" yarışına girdilər. İndi, Ərdoğanın Rusiyaya "təəssüf edirəm" yazdığı məktubu, Kremlin rəsmisinin şərhindən öyrənirik. İsrail uyğunlaşdırılmasını da İsrail qəzetlərindən öyrəndik" deyə şərh edib.

 

Kılıcdaroğlu daha sonra isə bu açıqlamaları verib: "Acı olan, xarici siyasət ilə əlaqədar dəyişikliklərin, Türk ictimaiyyətdən gizlədilməsidir. Türkiyəni maraqlandıran bu qədər əhəmiyyətli məsələlərdə, Türkiyə Respublikası vətəndaşlarına məlumat verilməməsidir. Etdiklərinin səhv olduğunu onlar da çox yaxşı bilirlər. Xarici siyasəti iflas edən bir Türkiyə, gələcəyi üçün strateji inkişaf etmir".

Kılıçdaroğlu, Ərdoğanın və AKP hökumətinin, xarici siyasətdə yaşanan səhvlər səbəbi ilə "hər cür hərəkət edə biləcək mövqeyə gəldiklərini" də vurğu etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol