Menu

Rus pilotunu vurduğu iddia edilən Alparslan Çelik azadlığa buraxılıb

27.06.2016, 22:57
Rus pilotunu vurduğu iddia edilən Alparslan Çelik azadlığa buraxılıb

Türkiyə məhkəməsi Rusiyanı hiddətləndirəcək qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, Rusiya qırıcısının pilotunu vurduğu iddia edilən Alparslan Çelik ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.

Bu barədə İzmir 27-ci Cinayət Məhkəməsi qərar qəbul edib. Məhəkəmənin qərarına əsasən, Çeliklə birlikdə daha yeddi nəfər eyni şərtlər əsasında azad ediliblər.

Çelik martın 31-də polis tərəfindən İzmirin Karabağlar qəsəbəsində üzərində qanunsuz silah gəzdirdiyi üçün həbs edilmişdi.

Məhkəmə prosesi bu gün yüksək təhlükəsizlik tədbirləri şəraitində başlayıb. Çelik və digər müttəhimlər məhkəmə zalına qolları qandalanmış formada gətiriliblər.

Bir müddət əvvəl Çelik barədə Türkiyə sərhədlərini pozan Rusiya təyyarəsində paraşütlə tullanan pilotu vurduğu iddiası ilə cinayət işi açılmışdı. Amma daha sonra onun barəsində iddialara xitam verildi.

Alparslan Çelik (sağda) və silahdaşları

Alparslan Çelik (sağda) və silahdaşları

Amma hadisəni araşdıran Terror və Terror Cinayətləri Bürosunun vəkili Berkant Karakaya yeni iddia və dəlillərin olduğunu əsas gətirərək cinayət işini yenidən bərpa etdi. Yeni dəlillər arasında Alparslan Çelikin atəş açma görüntülərinin də olduğu bildirilir.

Türkiyə və Rusiya arasında qalmaqal ötən il noyabr ayının 24-də yaşanıb. Həmin vaxt Türkiyə Rusiyaya məxsus qırıcını sərhədlərini pozduğu üçün vurub.

"Su-24"ün vurulması

"Su-24"ün vurulması

Rusiya Türkiyədən hadisəyə görə üzr istənilməsini, təzminat verilməsini və qırıcının vurulmasında iştirak edən şəxslərin cəzalandırmasını tələb edir. Amma hələ ki, Türkiyə Rusiyanın tələb etdiyi üç şərtin heç birini yerinə yetirməyib.  Rusiya rəhbərliyi Alparslan Çelikin həbs olunmasını da tələb edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol