Menu

Nazir Qarabağa görə Ermənistana gedir

27.06.2016, 23:54
Nazir Qarabağa görə Ermənistana gedir

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.ANS PRESS-in məlumatına görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarksyanla görüşəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

ATƏT sədri və Minsk qrupunun həmsədrləri arasında görüş

ATƏT sədri və Minsk qrupunun həmsədrləri arasında görüş

Frank-Valter Ştaynmayer iyunun 23-də Berlində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı Dağlıq Qarabağa səfər etmək niyyətində olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol