Menu

«Brexit» Amsterdamı beynəlxalq maliyyə paytaxtına çevirə bilər - KİV

28.06.2016, 10:32
«Brexit» Amsterdamı beynəlxalq maliyyə paytaxtına çevirə bilər - KİV

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq barədə qərarı Amsterdamın beynəlxalq maliyyə paytaxtı kimi inkişafına impuls verə bilər. Bu barədə Amsterdam şəhər merinin iqtisadi məsələlər üzrə köməkçisi Kas Ollengrenə istinad etməklə, «Volkskrant» qəzeti yazıb.

«Mən ad çəkə bilmərəm, amma Londonda yerləşən və fəaliyyətdə olan bir sıra Asiya şirkətləri son həftələr bizə müraciət ediblər. Onlar istəyirlər ki, Avropa qitəsinə xidmət göstərmək üçün öz fəaliyyətlərinin böyük hissəsini Amsterdama köçürsünlər» - deyə, Ollengren qeyd edib.

«Bu şirkətlər düşünülmüş şəkildə əmək qanunvericiliyi, vergi tutmaları, valyuta məzənnələri və Britaniya iqtisadiyyatının stabilliyi sahəsindəki qeyri-müəyyənliklərdən qaçmaq istəyirlər. Asiyalı iş adamları qeyri-müəyyənlikləri heç cür sevmirlər» - deyə, rəsmi nümayəndə əlavə edib.

Ollengrenin sözlərinə görə, uzunmüddətli perspektivdə Brexit (qısaldılmış şəkildə «Britiş exit» sözbirləşməsi - «Britaniyanın çıxması» mənasına gəlir) Hollandiya iqtisadiyyatı üçün təhlükə yarada bilər. «Aİ-dan çıxandan sonra Böyük Britaniya vergitutma qaydalarını müstəqil şəkildə həyata keçirmək imkanı əldə edəcək və bununla da biznes üçün daha cəlbedici şərait yarada biləcək» - deyə, o, bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol