Menu

Zahid Oruca töhmət verildi

28.06.2016, 15:50

zahidorucesasfgfgh7Deputatlar arasında baş vermiş mübahisəyə baxılıb.Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.Bu barədə AzVision.az-a Komissiyanın sədri Ağacan Abıyev məlumat verib.

O bildirib ki, iclasda Milli Məclisin iyunun 24-də keçirilən son növbədənkənar sessiyasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

İclasda deputat Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib.

Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bundan sonra deputatla spiker arasında mübahisə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol