Menu

Con Kerri Azərbaycana gəlir

06.04.2014, 11:38
Con Kerri Azərbaycana gəlir

Azərbaycan ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək. ANS PRESS-in məlumatına görə, dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq.

Con Kerrinin Ermənistanı ziyarət edib-etməyəcəyi barədə isə hələlik ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib. Rəsmi Tiflisdən isə bildiriblər ki, ABŞ rəsmisi Cənubi Qafqaz səfəri zamanı Gürcüstana da baş çəkəcək.

Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir. Səfərin hansı məqsəd daşıdığı barəsində hələ heç bir məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol