Menu

Teraktın qurbanları arasında azərbaycanlıların olub-olmaması araşdırılır

29.06.2016, 09:56
Teraktın qurbanları arasında azərbaycanlıların olub-olmaması araşdırılır

Azərbaycanın İstanbuldakı baş konsulluğu Atatürk hava limanında baş verən terror hadisəsi zamanı xəsarət alan və ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol