Menu

Rusiyanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlir

06.04.2014, 12:44
Rusiyanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlir

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov aprelin 7-də Azərbaycana rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.

Məlumatda o da bildirilir ki, aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol