Acun İlıcalı ilə Rıdvan Dilmen AKP İstabul təşkilatına gəliblər
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gün sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatında AKP-dən olan bələdiyyə başçıları ilə iclas keçirib.
ANS PRESS-in məlumatına görə, iclasdan sonra Türkiyənin məşhur prodüsseri və aparıcısı Acun İlıcalı ilə keçmiş futbolçu və futbol şərhçisi Rıdvan Dilmen AKP İstabul təşkilatına gəliblər.
Məlumata görə, Ərdoğan ikilini qəbul edib və onlar təxminən 1 saata yaxın görüşüblər. Mətbuata qapalı keçirilən toplantının təfərrüatları barədə məlumat verilməyib.
Görüşdən sonra Acun İlıcalı və Rıdvan Dilmen jurnalistlərə heç bir açıqlama verməyərək AKP təşkilatından ayrılıblar.


Şərhlər