Menu

Rusiya Ali Məhkəməsi SSRİ-ni bərpa edə bilər

06.04.2014, 21:47
Rusiya Ali Məhkəməsi SSRİ-ni bərpa edə bilər

Rusiya Ali Məhkəməsi ölkə vətəndaşının SSRİ-nin buraxılmasının qanunsuz sayılması ilə bağlı iddia ərizəsi ilə bağlı şikayətinə baxacaq. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, iddiaçı Dmitri Tretyakov bu ilin yanvarında Ali Məhkəməyə referendumla bağlı müraciət edib. Lakin məhkəmə təqdim edilən sənədləri nəzərdən keçirdikdən sonra onun iddiasına baxmayıb.

Məlumata görə, öz ərizəsində Tretyakov cavabdehdən – Rusiya hökumətindən tələb edir ki, İttifaq dövlətinin bərpası ilə bağlı yeni referendum keçirsin və keçmiş sovet respublikalarının səlahiyyətli orqanlarına müraciət edərək, onlardan da eyni addımı atmağı tələb eləsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol