Salyan rayonunda doğulan üçəmlərdən sonuncusu Bakıda dünyasını dəyişib.
Bu barədə "Report"un Aran bürosunun müxbirinə ölən körpələrin doğmaları məlumat veriblər.
Yaxınlarının bildirdiyinə görə, hazırda Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunda ölən körpənin meyiti Salyana gətirilir.
Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.
Həmçinin oxuyun: Salyanda xəstəxananın işıqları kəsildi – Yeni doğulan iki körpə öldü - VİDEO


Şərhlər