Menu

 Bakıda maşın bazarında yanğın başlayıb - Video+Fotolar (Yeniləndi)

30.06.2016, 21:41
 Bakıda maşın bazarında yanğın başlayıb - Video+Fotolar (Yeniləndi)

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın baş verib.

Bakının Nizami rayonu ərazisində yerləşən Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

 

***

APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə yerinə FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin ona yaxın maşını cəlb olunub.

Məlumata görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb. Hadisə yerində FHN qərargah yaradılıb. Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol