Menu

Putin və Ərdoğan görüşü haqda yeni məlumat

01.07.2016, 12:00
Putin və Ərdoğan görüşü haqda yeni məlumat

Avqust ayında Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qəzet yazıb ki, bu gün Soçidə iki ölkə xarici işlər nazirlərinin görüşünün nəticəsindən asılı olaraq, prezidentlərin görüşü daha tez bir zamanda təşkil edilə bilər.

Qeyd edək ki, iyunun 29-da Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə 4-5 sentyabr tarixlərində Çində keçiriləcək “G20" sammitində görüşə biləcəyini bəyan edib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə bu məlumatı təsdiqləməyib. O, görüşün vaxtının diplomatik kanallarla dəqiqləşdiriləcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol