Menu

Hava şəraiti dəyişiləcək - Xəbərdarlıq

01.07.2016, 12:45

HavaAzərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, iyulun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

İyulun 2-3-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 3-5 dərəcə düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol