Menu

«NATO Ukraynaya qoşun yeridə bilər»- Çexiya prezidenti

07.04.2014, 11:44
«NATO Ukraynaya qoşun yeridə bilər»- Çexiya prezidenti

RF ölkənin şərqinə soxulsa NATO Ukraynaya qoşun yeridə bilər. Bu sözləri Çexiya prezidenti Miloş Zeeman deyib. «Əgər Rusiya Ukraynanın şərqinə qədər irəliləsə, zarafata son qoyulacaq. Bu halda AB tərəfindən sərt sanksiyaların tətbiqini ilə yanaşı NATO-nun döyüş hazırlığının artırılmasını təklif edərdim. Məsələn, Ukrayna ərazisinə qoşun yeritmək olar», - deyə qeyd edib. Prezident etiraf edib ki, Avropa Birliyi Krımın Rusiya tərkibinə daxil edilməsi ilə barışmaq məcburiyyətində qaldı, çünki yaxın zamanda o Ukraynaya qaytarılmayacaq. Zemin Ukraynanın federallaşmasının əleyhinə olmadığını da deyib və misal kimi ABŞ, Almaniya, İsveçrəni göstərib.

Xatırladaq ki, bir müddət əvvəl NATo baş katibi Anders Foq Rasmussen bəyan edib ki, qurumda heç «soyuq müharibə» dövrünə qayıtmaq istəmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol