Menu

Bakı sakininə qarşı 180 min dollarlıq dələduzluq edilib

02.07.2016, 17:35

dollar-45-113 Bakıda daha bir şəxsə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini, 42 yaşlı Şahbaz Mikayılov ərizə ilə huquq-muhafizə orqanlarına müraciət edərək 2008-ci ilin dekabr ayında qohumları - 1971-ci il təvəllüdlü Daşqın Məmmədov və Fizuli rayon sakini, 1964-cü il təvəllüdlü Süleyman Zeynalovun onu aldadaraq 180 min ABŞ dolları pulunu aldığını bildirib.

Şikayətçi ərizəsində qeyd edib ki, həmin şəxslər aldıqları pulu indiyədək geri qaytarmayıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol