Menu

Bakıda Yol Polisi əməkdaşı qəza törətdi - FOTOLAR

03.07.2016, 20:04
Bakıda Yol Polisi əməkdaşı qəza törətdi - FOTOLAR

“Audi” markalı minik avtomobilinə qismən ziyan dəyib.

Bu gün saat 15:50 radələrində Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Sumqayıt-Bakı yolunda qəza baş verib.

APA-nın məlumatına görə, Dövlət Yol Polisi əməkdaşlarının olduğu “99 YP 734” dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə “06 - BE - 009” dövlət nömrə nişanlı “Audi” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “99 - YP - 734” dövlət nömrə nişanlı "BMW" markalı avtomobil yararsız vəziyyətə düşüb. “Audi” markalı minik avtomobilinə isə qismən ziyan dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol