Menu

Mənzildən 86 yaşlı kişinin meyiti tapıldı - Bakıda 

04.07.2016, 01:07

ambulansFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu Osmanovun vəfat etdiyi məlum olub. Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol