Menu

İsrail və Türkiyə açar ölkələrdir - Konsul

05.07.2016, 01:08
İsrail və Türkiyə açar ölkələrdir - Konsul

İsrail və Türkiyə Yaxın Şərqin açar ölkələridir.Axar.az xəbər verir ki, bu sözləri İsrailin Türkiyədəki Baş konsulu Şai Cohen deyib.

O bildirib ki, tərəflər arasında münasibətlərin normallaşması hər iki ölkənin xeyrinə olacaq: “İkitərəfli ticarət dövriyyəsini 8 milyard dollara çatdıra bilərik. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz üçün olduqca önəmlidir. İsrail qazı Türkiyədən Avropaya nəql olunacaq”.

Qeyd edək ki, İsrail-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı hər iki tərəf artıq lazımi sənədləşməni həyata keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol