Menu

NATO Rusiya ilə uzunmüddətli rəqabətə hazırlaşır - Alyans rəhbərliyi

05.07.2016, 11:37
NATO Rusiya ilə uzunmüddətli rəqabətə hazırlaşır - Alyans rəhbərliyi

Xarici KİV-in yaydığı məlumata görə, NATO rəhbərliyi bu fikirdədir ki, alyansı irəlidə Rusiya ilə uzunmüddətli strateji rəqabət gözləyir. Bu fikri «The Washington Post» qəzetinə Şimali Atlantika alyansı Baş katibinin müavini Aleksandr Verşbou söyləyib.

«Bizdə belə bir hiss güclənir ki, alyansı irəlidə Rusiya ilə uzunmüddətli strateji rəqabət gözləyir. Bu, çox ehtiyatlı yanaşma tələb edən, çox təhlükəli münasibətlər olacaq» - deyə, Verşbou qeyd edib.

O, tezliklə Brüsseldəki işini başa çatdıracaq. Bundan əvvəl Verşbou ABŞ Dövlət Depatamentində yüksək postlar tutub, o cümlədən, ABŞ-ın Moskvadakı səfirliyinə başçılıq edib.

ABŞ hərbi-siyasi rəhbərliyi Rusiyanı milli təhlükəsizlik sahəsində artıq ənənəyə çevrilmiş «beş əsas çağırış» siyahısına daxil edib. Pentaqonun rəhbəri Eşton Karter dəfələrlə bəyan edib ki, bu siyahıya həm də Çinin təcavüzkar xarici siyasəti, Şimali Koreyanın nüvə və raket proqramı, İranın bölgədə sabitliyi pozan davranışı və «İslam dövləti» terrorçu qruplaşmanın terror təhlükəsi daxildir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol