Menu

Putin Azərbaycana gəlir

06.07.2016, 14:46
Putin Azərbaycana gəlir

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri avqust ayında baş tuta bilər.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D. Peskov deyib ki, Rusiya prezidentinin İran və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün avqust ayında Bakıya səfər etməsi imkanları üzərində iş gedir.

Xatırladaq ki, bu ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol