Menu

Qəddafinin oğlu amnistiyaya düşdü

06.07.2016, 14:54
Qəddafinin oğlu amnistiyaya düşdü

Liviyanın keçmiş lideri Muammar Qəddafinin oğlu Seyf-əl-İslam Qəddafi amnistiyaya düşüb.

APA-nın məlumatına görə, bu barədə onun vəkilləri “France 24”-ün ərəb bölməsinə müsahibələrində deyiblər.

Xatırladaq ki, ötən il iyulun sonunda Tripoli məhkəməsi Qəddafi rejiminin 10 nümayəndəsi, o cümlədən oğlu Seyf-əl-İslam Qəddafi barəsində ölüm hökmü çıxarıb.

Onlar 2011-ci il iyunun 17-dən baş verən inqilab zamanı dinc nümayişçiləri öldürməyə təhrik etmək və nümayişləri dayandırmaq üçün cəza dəstələri formalaşdırmaqda, həmçinin korrupsiya cinayətlərində təqsirli biliniblər.

Əlavə edək ki, M. Qəddafi inqilab zamanı öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol