Xarici KİV-in yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) taksi sürücüsü sərnişinin yaddan çıxarıb maşında qoyduğu pul dolu çantanı sahibinə qaytarıb.
Məlumata görə, sərnişinin sənədinin olub-olmadığını yoxlamaq istəyən sürücü çantanı açarkən, onun pulla dolu olduğunu görüb. Çantda 200 min dollar varmış. Sürücü o saat pulu aparıb polis bölməsinə təhvil verib. Bir qədər sonra pul sahibi də polisə müraciət edib. Bu barədə taksi sürücüsü «Boston Herald»a danışıb.
Sürücü artıq 50 ildir ki, taksidə işlədiyini və hər zaman yaddan çıxıb maşınında qalan əşyaları sahibinə qaytardığını deyib. O, 30 il əvvəl də içərisində 10 min dollar olan portfeli sahəbinə qaytardığını xatırlayıb. Bu zaman pul sahibindən heç bir bəxşiş götürməyib.
Sonuncu dəfə isə 200 min dolların sahibi ona 100 dollar bağışlayıb.
AzPolitika.info


Şərhlər