Menu

Dağıstanda vəziyyət gərginləşib

07.07.2016, 09:32
Dağıstanda vəziyyət gərginləşib

Dağıstanın cənubundakı Qarabudaxkənd rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi Qarabudaxkənd rayonunda yerli vaxtla saat 04:30-dan etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol