Almaniyanın kansleri Angela Merkel deyir ki, Rusiyanın Ukraynadakı hərəkətləri Qərblə qarşılıqlı inamı sarsıdıb və NATO-nun Şərqi Avropadakı üzvlərini narahat edib.
“Sözdə və əməldə beynəlxalq hüquq və sərhədlərin toxunulmazlığı sual altına düşübsə, əlbəttə ki, inam itirilib”, Merkel iyulun 7-də alman parlamentində deyib.
İyulun 8-9-da Varşavada NATO sammiti gözlənir. İclasda Moskvanın Şərqi Avropadakı hərəkətlərinə diqqət ayrılacaq.
Şura 2014-cü ildən bəri ilk iclasını apreldə keçirib. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra NATO-Rusiya münasibətləri Soyuq Müharibə dövründən bu yana ən aşağı həddə düşüb.
Amma Merkel onu da vurğulayıb ki, Qərb Rusiyayla dialoqu davam etdirməlidir. /Azadlıq radiosu


Şərhlər