Menu

Ramil Usubovdan daha bir əmr - Polis rəisi işdən azad edildi

07.07.2016, 22:57

ramilusubovesasbnm64Ağstafa rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Şöbədən APA-nın qərb bürosuna verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Ağstafa rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Y. Nuriyev 2014-cü ildən rayon polis şöbəsinin rəisi vəzifəsində çalışırdı. Onun yerinə hələlik təyinat olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol