Menu

İraqda ziyarətgaha hücum: 35 nəfər ölüb, 60 nəfər yaralanıb

08.07.2016, 10:24
İraqda ziyarətgaha hücum: 35 nəfər ölüb, 60 nəfər yaralanıb

İraqın Balad şəhərində silsilə partlayışlar və atışma nəticəsində 35 nəfər ölüb, azı 60 nəfər yaralanıb.

APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, Balad şəhərində yerləşən ziyarətgah ötən gecə terror hücumuna məruz qalıb. Terrorçu-kamikadzelərdən biri ziyarətgahın girişində, müqəddəs məkanı qoruyan polislərin qarşısında özünü partladıb. Doqquz silahlı ilə müşayiət olunan ikinci terrorçu-kamikadze ziyarətgaha daxil ola bilib. Bundan başqa, türbənin ərazisi raket zərbələrinə məruz qalıb.

Azı bir terrorçu-kamikadzenin məhv edildiyi bildirilir.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol