Menu

Azərbaycanla Hindistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

08.07.2016, 11:27
Azərbaycanla Hindistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Hindistan xarici işlər naziri müavini Sucata Mehtanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər iyulun 28-29-da baş tutacaq.

S.Mehtan Azərbaycan Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək, siyasi msələhətləşmələr aparacaq. Onun digər rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol