Menu

Gəncədə 8 ədəd mina aşkarlanıb - FOTO

08.07.2016, 19:31
Gəncədə 8 ədəd mina aşkarlanıb - FOTO

Kəpəz rayonunda 8 ədəd tank əleyhinə mina aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Ağdam rayonu Əhmədağalı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib.

Tərtər rayonu Əhmədağalı kəndində də əkin sahəsində 1 partlayış yerinə baxış keçirilsə də, partlamamış hərbi sursat aşkar edilməyib.

Gəncə şəhəri Kəpəz rayonunda yolun ərazisində 8 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq, götürülüb.

Nəticə etibarilə gün ərzində 4 300 kv.m ərazi təmizlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol