Menu

“NATO Baltikyanı ölkələrdə və Polşada 4 tabor yerləşdirəcək” - Stoltenberg

08.07.2016, 22:03

NATO_170808NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

"Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədi ilə 4 taborun yaradılmasına qərar verdik”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə qoşunlar rotasiya əsasında yerləşdiriləcək. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol