Menu

Azərbaycanda orta ömür 20 ildə nə qədər artıb?

09.07.2016, 20:43
Azərbaycanda orta ömür 20 ildə nə qədər artıb?

Transparency.az Dövlət Statistika Komitəsinin saytında bəzi demoqrafik göstəricilərə nəzər salıb.

Rəsmi hesabata görə, 1995-ci ildə Azərbaycanda orta ömür uzunluğu kişilər üçün 65,2 yaş, qadınlar üçün 72,9 yaş olub. Həmin il üçün orta ömür 69,1 yaş göstərilib.

2000-ci ildə orta ömür 71,8 yaşa qalxıb, kişilərin orta ömür uzunluğu 68,6 yaş, qadınların orta ömür uzunluğu 75,1 yaş olub.

2010-cu il üçün orta ömür uzunluğu 73,6 yaş qeyd edilib. Kişilər üçün orta ömür 70,9 yaş, qadınlar üçün 76,2 yaş göstərilib.

2014-cü ildə orta ömür uzunluğu 74,2 yaşa çatıb. Doğulanda orta ömür uzunluğu kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş olub.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə görə, 1995-ci ildə ölkədə əmək qabiliyyəti yaşda olan 4 milyon 243,5 min nəfər yaşayıb. 2000-ci ildə əmək qabiliyyəti yaşda olanların sayı 4 milyon 917,1 minə çatıb.

2005-ci ildə ölkə əhalisinin 5 milyon 646,6 min nəfəri əmək qabiliyyəti yaşda olub. 2010-cu ilin hesabatında əmək qabiliyyəti yaşda olanların sayı 6 milyon 285,9 min nəfər göstərilir.

2014-cü ildə isə ölkədə əmək qabiliyyəti yaşda olanların sayı 6 milyon 616,4 minə çatıb.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2016-cı il mayın 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 739,2 min nəfər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol