Menu

Rusiya, NATO üçün birbaşa təhlükə deyil - Stoltenberq

10.07.2016, 00:27

Yens-StoltenberqXarici KİV-in yaydığı məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya indiki halda NATO üçün birbaşa təhlükə törətmir. Bəyanat alyansın sammitindən sonra Əfqnanıstan barədə keçirilən mətbuat konfransında səslənib («TASS»).

«Biz, NATO üzvü olan ölkələrin heç birinə Rusiya tərəfdən hər-hansı birbaşa təhlükə görmürük. Biz, Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində deyilik - «soyuq müharibə»dən sonra biz, buna nail olmağa çalışdıq. İndi biz, bundan əvvəl yaşmadığımız yeni fərqli vəziyyətdəyik» - deyə, Stoltenberq bəyan edib.

Alyans rəhbərinin sözlərinə görə, cümə axşamı 28 NATO üzvü ölkənin, Finlandiyanın, İsveçin və Avropa İttifaqı institutları rəhəbərlərinin iştirakı ilə müzakirə olunan Rusiya problematikası qeyri-rəsmi xarakter daşısa da, «açıq və səmimi» oldu: «Bu şam yeməyinin yekunu olaraq başlıca çağırış ondan ibarətdir ki, alyans Rusiyaya yanaşmasında yekdildir. Bu yekdillik möhkəm müdafiəyə və konstruktiv dialoqa əsaslanır. Mən, bu ismarışın NATO daxilində güclü dəstək almasından və bu məsələdə bizim istisnasız yekdilliyimizdən razı qaldım».

İyulun 1-də Finlandiyaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, alyansın Rusiya sərhədlərinə doğru genişlənməsinə baxmayaraq, Rusiya NATO ilə dialoqa başlamağı sınayacaq. O, Baltikyanı ölkələridə NATO-nun hərbi kontingenti artırmaq barədəki niyyətindən narazılıq ifadə etmişdi: «Hərbi hissələrimizin öz ərazilərimizdə hərəkət etməsi bizə aqressiv davranış elementi kimi təqdim olunur, amma bizim sərhədlərimiz boyunca keçirilən NATO hərbi təlimləri nədənsə aqressiv sayılmır. Biz hesab edirik ki, bu, mütləq ədalətsizlikdir və reallığa uyğun gəlmir...».

Stoltenberqin sözlərinə görə, NATO daha Rusiyanın strateji müttəfiqi deyil, amma eyni zamanda, onunla soyuq müharibə vəziyyətində də deyil.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol