Menu

​Türkiyədə suriyalı qaçqınlar dava salıb - 2 ölü, 5 yaralı

10.07.2016, 11:14

turk-bayragi409Polis onların hospitala girməsinin qarşısını alıb

Türkiyənin Konya əyalətinin Beyşəhir rayonunda yerli və suriyalı qaçıqın gənclər arasında düşən dava nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya əsasən, suriyalı 4 qaçqın gənc küçədə iti kötəkləyirmiş. 18 yaşlı Mehmet Bayartar adlı yerli sakin suriyalı gənclərin köpəyi kötəkləmərərinə etiraz edib. Onların arasında mübahisə düşüb. Soyadı bilinməyən 21 yaşlı İbrahim adlı suriyalı qaçqın M.Bayarktarı bıçaqlayaraq, öldürüb.

Məlumata görə, bundan sonra yerli gənclərlə suriyalı qaçqınlar arasında düşən dava nəticəsində 5 nəfər yaralanıb. Onlardan 3-ü Suriya vətəndaşıdır.

Mehmet Bayarktarın yaxınları yaralı suriyalıların yerləşdirildiyi xəstəxananın qarşısına toplaşblar. Polis onların hospitala girməsinin qarşısını alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol