Menu

Britaniya, Estoniya və Polşaya 650 hərbçi göndərəcək!

10.07.2016, 13:28
Britaniya, Estoniya və Polşaya 650 hərbçi göndərəcək!

Xarici KİV-in yaydığı məlumata görə, Böyük Britaniya 2017-ci ildə Şimali Atlantika alyansının şərq sərhədlərinə - Estoniya və Polşaya 650 hərbçi göndərəcək. Bu barədə «The Times» qəzeti xəbər verir.

«Gələn ildən 500 Britaniya hərbçisi uzun müddətə Estoniyada və 150 hərbçi isə Polşada yerləşdiriləcək» - deyə, qəzet Britaniya hökumətindəki mənbəyə istinadla yazır. Mənbə bildirib ki, bu qüvvələr, müdafiə xarakterlidir və döyüş əməliyyatları həyata keçirmək qabiliyyətində olacaq.

Qəzetin məlumatına görə, Birləşmiş Krallıq bir qədər sonra NATO-nun yüksək çevik qüvvələrinə başçılıq edəcək (rotasiya əsasında). Bu qüvvələrin əsasını «Nizənin ucu» adı ilə məşhur olan 3 min Britaniya hərbçisi təşkil edir və onlar hazırda Almaniyada və Böyük Britaniyada yerləşir.

Yüksək çevik qüvvələrin yaradılması döyüş hazırlığının aptırılması üzrə fəaliyyət planı ilə nəzərdə tutulub. Bu plan NATO-nun 2014-cü ildə Uelsdə keçirilmiş sammitində qəbul olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol