Menu

Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik olub

11.07.2016, 10:13
Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik olub

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) İdarə Heyətinə (İH) yeni təyinat olub. "Report" xəbər verir ki, indiyə qədər Bankın baş direktoru olan Elmir Həbibullayev İH sədrinin müavini təyin edilib.

Hazırda ABB-nin İH-nə Elmar Məmmədov rəhbərlik edir. Onun digər müavinləri isə Ülvi Mansurov və Murad Şirəliyevdir.

ABB-nin baş direktorları isə Hidayət Sultanov və Fuad İslamovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol