Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında hücuma məruz qalıb.
APA-nın xəbərinə görə, K. Kılıçdaroğlu CHP parlament fraksiyasının toplantısının keçirildiyi salona gedərkən qəflətən naməlum şəxsin yumruq zərbəsinə tuş gəlib. Zərbədən sonra müxalifət liderinin eynəyi yerə düşüb. Zərbə endirən şəxsin saxlanıldığı bildirilir.
Türkiyənin ana müxalifət partiyasının lideri Kılıçdaroğlunu döyüblər və kameralar həmin hadisəni anbaan görüntüləyib.
Baş nazir Ərdoğan da Kılıçdaroğluya olan hücumu pisləyib: "Şiddət daşıyan hərəkətləri qınayırıq. Keçmiş olsun dileklərini çatdırıram, özünə də zəng edəcəm”.




Şərhlər