Ukraynanın Donetsk şəhərinə xüsusi təyinatlı qoşun birləşmələri yeridilib. AzNews.az-ın məlumatına görə, xüsusi təyinatlılar Ukrayna prezidentinin vəzifəsini müvəqqəti icra edən, Ali Radanın sədri Aleksandr Turçinovun ölkədə antiterror əməliyyatlarına başlanması ilə bağlı əmrindən sonra Donetskə gətirilib.
Bununla yanaşı Ukraynanın cənub-şərqində baş verən iğtişaşların – Rusiyameyilli qüvvələrin separatçı fəaliyyətinin qarşısının alınması məqsədilə Antiterror Komandanlığı yaradılıb.


Şərhlər