Menu

Donbasda bir rusiyalı diversant öldürülüb, ikisi yaxalanıb

11.07.2016, 19:19
Donbasda bir rusiyalı diversant öldürülüb, ikisi yaxalanıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donbasda bir rusiyalının öldürüldüyünü, daha ikisinin yaralı ələ keçirildiyini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə Baş Qərargahın “Facebook” səhifəsində bildirilib.

Məlumatda iyuylun 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə diversiya qrupu arasında döyüş baş verdiyi qeyd olunub.

Sübut üçün səhifəyə Rusiya vətəndaşı Tsakirov Natan Leonidoviçin pasport şəkli yerləşdirilib. Baş Qərargahdan deyilib ki, yaralı rusiyalılar tibb məntəqəsinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol