NATO-nun Varşavada keçirilən sammiti zamanı hava məkanının pozulması ilə bağlı 4 hadisə qeydə alınıb.
Axar.az xəbər verir ki, Polşanın Müdafiə naziri Antoni Maçereviç sammitin nəticələri ilə bağlı verdiyi açıqlamasında bütün insidentlərin pilotsuz aparatlar vasitəsilə baş verdiyini bildirib:“Məsələ ilə bağlı araşdırma aparılır. Aparatlar hazırda xüsusi xidmət orqanlarının əlindədir, lakin onların kimlər tərəfindən idarə olunması ilə bağlı heç nə məlum deyil”.
Maçereviçin sözlərinə görə, pilotsuz aparatlar hərbi əks-kəşfiyyat və Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən keçirilib. Bunun üçün “Skyeye” (“Səma gözü”) aparatlardan istifadə olunub.


Şərhlər