Menu

Mərkəzi Bank dollara müdaxilə etdi

12.07.2016, 14:53
Mərkəzi Bank dollara müdaxilə etdi

Mərkəzi Bankdan daxil olmuş məlumatda bildirilir ki, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hər biri 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 200 milyon ABŞ dolları məbləğində növbəti valyuta hərracı keçirilmişdir.

Hərraca çıxarılan məbləğ 29 banka satılmış və tələb tam həcmdə təmin edilmişdir.

Qeyd edək ki, Neft Fondu əvvəlki hərraclarda 50 milyon manat təklif edirdi. Təklifin 4 dəfə artırılması ilə Dolların Manat qarşısında bahalaşmasının qarşısını almaq məqsədi güdülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol